"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Mən bələdiyyə üzvü olsaydım...”

--2018-10-19 / 09:18

Mingəçevir Bələdiyyəsinin “Yerli Demokratiya Həftəsi” çərçivəsində oktyabrın 18-də Tibb Kollecində keçirdiyi tədbir belə adlanırdı.

Tədbiri giriş sözü ilə bələdiyyənin sədr müavini əli əliyev açdı. O, bələdiyyənin 2018-ci ilin 9 ayı ərzindəki fəaliyyəti barədə qısa məlumat verdi və 2019-cu il üçün nəzərdə tutulmuş işlərdən danışdı.

Bələdiyyənin komissiya sədri Zahid Qasımlı çıxışında “Azərbaycanda Yerli Demokratiya Həftəsi”nin əsas məqsədinin yerli özünüidarədə əhalinin, xüsusən gəncələrin iştirakının və həmrəyliyin artırılması, fikir mübadiləsi yolu ilə qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi olduğunu vurğuladı. Ona görə də “Həftə”nin “Yerli Demokratiyanın inkişafı naminə vətəndaşların iştirakı, maarifləndirilməsi və öhdəlikləri” şüarı altında keçirildiyini bildirdi.

Kollecin təcrübə rəhbəri Azər Quliyev kolleclə bələdiyyənin birgə tədbirlər təşkil etməsinin, qarşılıqlı fikir və təcrübə mübadiləri aparılmasının vacibliyindən danışdı. Sonda tələbələr “Mən bələdiyyə üzvü olsaydım, ilk növbədə hansı problemin həllinə çalışardım?” sualı ətrafında yaşadıqları ərazilərdə yerli əhəmiyyətli problemləri göstərərək, həlli yolları bərədə rəy və təkliflərini bildirdilər.

Mingəçevir bələdiyyəsinin mətbuat mərkəzi

ŞƏRHLƏR